Tramp bu ölkə liderini “narkobaron” adlandırdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu "qanunsuz narkotik lideri" kimi təqdim edərək, bu ölkəyə göstərilən bütün maliyyə yardımının dayandırıldığını açıqlayıb. Tramp həmçinin Kolumbiyada narkotik istehsalını nəzərdə tutaraq sərt xəbərdarlıq edib: "Petro bu ölüm tarlalarını dərhal bağlamalıdır, yoxsa Amerika bunu onun əvəzinə edəcək - və bu, nəzakətlə olmayacaq."
Milli.Az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Petro hökumətini "böyük və kiçik miqyaslı narkotik istehsalını təşviq etməkdə" günahlandırıb və narkotik istehsalının artıq ölkənin "ən böyük sənayesinə" çevrildiyini iddia edib.
Tramp bildirib ki, bu gündən etibarən Kolumbiyaya heç bir ödəniş və ya subsidiyanın verilməsi planlaşdırılmır.
Kolumbiya Prezidenti Gustavo Petro yaxın günlərdə Karay dənizində ABŞ tərəfindən vurulan narkotik daşıdığı iddia edilən gəminin Kolumbiya bayrağı daşıdığını açıqlamışdı.
ABŞ sentyabr ayında Kolumbiyanı narkotiklə mübarizədə uğursuz ölkələr siyahısına salmış, lakin buna baxmayaraq yardımları davam etdirmişdi.
ABŞ Dövlət Departamentinin son hesabatında bildirilir ki, Petro hakimiyyətə gəldikdən sonra Kolumbiyada koka əkini və kokain istehsalı rekord səviyyəyə çatıb.
Bu açıqlamalar Vaşinqton-Boqota xəttində gərginliyi daha da artırıb. Kolumbiya hökuməti Trampın bu bəyanatına hələ rəsmi reaksiya verməyib.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
XƏBƏR LENTİ
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
Morgenştern yenə cərimələndi
-
Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Vüsal Nəsirli özünə müşavir təyin etdi - (Foto)
-
Azərbaycan CNN-i məhkəməyə verdi
-
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
-
Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab





