Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Soçiyə yollanıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, blogerin səfərinin məqsədi 51 gözəl qızın içində "Krasa Rossii"ni seçməsidir.
Münsif heyətinin üzvlərindən biri olan Hüseyn bildirib ki, yarımfinalda 51 qızın içindən "Top-20" finala vəsiqə qazanacaq. Bu gün baş tutacaq finalda isə "Top-20" gözəlin içindən bir xanım model "Krasa Rossii" tituluna layiq görüləcək.
Qızların gözəlliyindən ağlını itirdiyini söyləyən Həsənov dırnaqlarına fransız manikürü edən modellərə əlavə xal verməklə onların "Top-20"yə düşməsini asanlaşdırıb.
Müsabiqə zamanı bir neçə model blogeri hədiyyə yağışına tutub. Daha sonra Həsənov onlarla xatirə fotosu çəkdirib.
Milli.Az