Şou-biznes

Azərbaycanlı reper boşandı - FOTO

22 Oktyabr 2022 23:03
Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Ptaxa" ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 41 yaşlı reperin 32 yaşlı model Lana Reutovadan boşanması ilə bağlı müvafiq məlumat Moskva Şəhər Məhkəməsinin saytında yer alıb.

Boşanma cütlüyün ikinci övladı dünyaya gəldikdən 6 ay sonra baş tutub. İyunun 16-da boşanma işi qeydə alınıb, oktyabrın 20-də isə məhkəmə cütlüyün nikahını ləğv edib.

Xatırladaq ki, apreldə musiqiçinin qızı Siyan dünyaya gəldikdən üç ay sonra həyat yoldaşı çoxsaylı xəyanətlərinə görə "Ptaxa"dan ayrılmaq qərarı alıb. O, övladı ilə atasının ünsiyyətinə mane olmayacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl reperin 22 yaşlı qızı Nikol Nuriyeva atası tərəfindən şiddətə məruz qaldığını açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.