Şou-biznes

Aktyordan xəyanət iddialarına cavab

19 Oktyabr 2022 09:56
Baxış: 1 479
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sevgilisi Ayça Ayşin Turana xəyanət etdiyi üçün ayrıldıqları deyilən aktyor Alp Navruzdan açıqlama gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək xəbərlərin doğru olmadığını bildirib:

"Son zamanlar haqqımda yazılan xəbərləri mən də təəccüblə oxuyuram. Bu günə kimi açıqlama vermək istəmədim. Ancaq indi pis niyyətli ağızlardan çıxan bu xəbərlər hörmətsizliyi də ötüb. Bildirmək istəyirəm ki, hər münasibət zamanla tükənə bilər, tərəflər arasında bəzi anlaşılmazlıqlar ola bilər. Biz də ümumi səbəblərə görə danışaraq münasibətimizi sonlandırdıq. Bunun yalan, çirkin xəbərlərlə əlaqəsi yoxdur. Bu şayiələri yayan insan və ya şəxslərin sevgi, hörmət və təmiz vicdana sahib olmalarını diləyirəm".

Qeyd edək ki, cütlük "Ada masalı" serialında birgə rol aldıqdan sonra sevgili olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.