Şou-biznes

Cared Leto öz kosmetika vasitələrini təqdim etdi

19 Oktyabr 2022 20:52
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktyor və müğənni Cared Leto "Twentynine Palms" brendi altında öz kosmetika xəttini buraxıb.

Xəttə üz və bədən dərisinə qulluq və saç baxımı üçün 11 məhsul daxildir. Onların istehsalı üçün səhra bitkilərindən alınan maddələrdən istifadə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi etiraf edib ki, kosmetikanın özü onun üçün çox da maraqlı deyil.

"Mənim heç vaxt şəxsi qulluq vasitələrinə marağım olmayıb. Ancaq hər zaman təbii yolla özünə qulluq etmək fikri məni cəlb edib", - deyə kino ulduzu bildirib.

Gender baxımından neytral məhsullar təkrar emal edilmiş plastik şüşələrə qablaşdırılır. Məhsulların qiyməti təxminən 40-90 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.