Şou-biznes

Ancelina Coli Pitdən boşanma səbəbini açıqladı: “Bunu ağlamadan yazmaq mümkün deyil” - FOTO

15 Oktyabr 2022 14:11
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa Ancelina Colinin Pittə yazdığı məktub sosial şəbəkədə dərc olunub.

O, məktubunda boşanmalarının səbəbinin alkoqol olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2021-ci il tarixli məktubunda Coli keçmiş əri ilə üz-üzə danışmaq istəmədiyini, həddindən artıq emosionallıqdan qaçmaq istədiyini qeyd edib. Aktrisa həmçinin "Chateau Miraval" şərab zavodunda payını satmaq niyyətində olduğunu da bildirib.

"Bura doğulandan sonra əkizləri gətirdiyimiz yerdir, anamın xatirəsinə qoyulmuş lövhənin önündə evləndiymiz məkandır. Bura qocalacağımı düşündüyüm yerdir. İndi də bunu ağlamadan yazmaq mümkün deyil. On il əvvəl burada yaşananlarla bağlı xatirələrimi qoruyacağacam ", - deyə Coli qeyd edib.

Aktrisa əlavə edib ki, şərab zavodu onların ailələrinin və bizneslərinin sonunun başlanğıcını gətirən yerdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.