Şou-biznes

Dilan atasının soyadından imtina etmədi

14 Oktyabr 2022 15:56
Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, İbrahim Tatlısesin müğənni qızı Dilan Çıtak Tatlıses uzun müddətdir sevgili olduğu Levent Dörterlə ailə qurub.

Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur müğənninin qızı evləndikdən sonra instaqram hesabındakı soyadını dəyişib. Belə ki, Dilan "Tatlıses"in yerinə "Dörter" soyadını əlavə edib.

Dilanın İbrahim Tatlısesin soyadını almaq üçün illərlə mübarizə aparmasından sonra atasının soyadından imtina etməsi izləyicilər arasında təəccüb doğrurub.

Müzakirələrdən sonra ifaçı instaqramda məlumat paylaşaraq vəsiqədə soyadının hələ də "Tatlıses" olduğunu qeyd edib:

"Səhnə adım hər zaman "Dilan Çıtak"dır. Vəsiqədəki adım isə bundan sonra Dilan Tatlıses Dörterdir. Soyadlarımı rahat buraxın, hamısı mənimdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.