Şou-biznes

Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir: görün kimlər gəldi? - FOTO

12 Oktyabr 2022 14:52
Baxış: 22 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qızı Canana Süleymanova vida mərasiminin keçirilməsi üçün Təzəpir məscidinə gəlib. 

O, anasının vəfat səbəbi haqqında danışıb.

Həmçinin mərasimə müğənni Xəyyam Nisanov da qatılıb. O, mərhum bəstəkar haqqında bu sözləri deyib: 

"Allah rəhmət eləsin, gözəl insanı itirdik. Yaxınlarına səbr diləyirəm. Mənim üçün şəxsən böyük itkidir. Həmişə ürəyimizdə olacaq. 

Xəstəliyindən bir ay öncə, bir toyda görüşdük. Sonra onunla son dəfə danışdıq. Ondan sonra Yaponiyaya, qızının yanına getdi. Təəssüflər olsun ki, son dəfə onu görə bilmədim".

Vida mərasimində iştirak edən Murad Dadaşov da mərhumla bağlı xatirələrini jurnalistlərlə bölüşüb:

"Bizim üçün bir tərəfdən üzücü xəbərdir ki, çox müsbət enerjini tapan bir insanı itirdik. Hamımızı sevirdi, heç tanımadığı insanları belə sevən adam idi. 

Ondan sonra nə qədər mahnıları, əsərləri qaldı. Ruhəngiz xanımın getdiyinə üzüldüyümüz kimi üzümüzdə xatirələrlə bağlı təbəssüm qaldı. Onun haqqında olan xatirə mütləq ki, insanı ruhlandırır. Çox heyfislənirəm.  Dünyanı gəzdi, övladlarının böyüməyini gördü. Çox adamın görmədiyini Ruhəngiz xanım gördü, özü də bu yaşında. Çox sadiq həyat yoldaşı var idi. 

Çox adam bilmir, Ruhəngiz xanımın həyat yoldaşı Vasif müəllimlə mənim həyat yoldaşım qohumdur. Canana xanım deyir ki, qohumluq bir yana onun ən yaxın silahdaşlarından biri idiniz".

Mərasimə həmçinin Tahir və Cabir İmanov qardaşları, Hacı Nuran, keçmiş deputatlar Hüseynbala Mirələmov və Hadı Rəcəbli də iştirak ediblər.

Görüntüləri təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.