Şou-biznes

Bryus Uillis Rusiya şirkəti ilə işbirliyi qurub?

3 Oktyabr 2022 15:04
Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Bryus Uillislə bağlı yeni iddia ortaya atılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bundan sonra filmlərdə aktyorun yerinə onun rəqəmsal dublyoru çəkiləcək. Bir çox media, o cümlədən Britaniyanın "The Telegraph" nəşri bu haqda yazı yazıb.

Uillisin filmlərdə və reklam layihələrində çıxış etmək üçün öz imicindən istifadə hüququnu satan ilk Hollivud ulduzu olduğu iddia edilib. Həm də Rusiyanın "Deepcake" şirkətinə.

Uillisin nümayəndəsi "The Hollywood Reporter"a bildirib ki, aktyorun sözügedən şirkətlə heç bir əlaqəsi yoxdur. Şirkət də təsdiqləyib ki, Uillisin rəqəmsal imicinə olan hüquqlar satıla bilməz, çünki onlar standart olaraq ona məxsusdur.

Qeyd edək ki, aktyor həqiqətən də 2021-ci ildə "Deepcake"lə əməkdaşlıq edib. Sonra onun rəqəmsal dublyoru reklam çarxında yer alıb. Səhhətində yaranan problemə görə karyerasını bitirən aktyorun gələcəkdə bu addımı ata biləcəyi inkar edilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.