Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçını son mənzilə uola salanlar arasında şairə Könül Nazimqızı da var.
K.Nazimqızı Rəhimin səhhəti ilə bağlı Axşam.az-a açıqlama verib:
"Rəhim ölümdən qorxurdu. Deyirdim müalicə edək. Deyirdi, artıq gecikmişəm.
Könül onunla bağlı son görüşünü belə xatırlayırt:
"15-20 ildir dostduq. Çox az halda olurdu ki, danışmırdıq. Demək olar hər gün zəngləşirdik. 3-4 gün əvvəl bizə gələndə evdə olmamışdım.
Həkim dedi ki, Rəhim çox xəstədir. Ona deyirdim, gəl həkimə gedək, getmədi".
O, həmçinin yeni mahnı üzərində işlədiklərini vurğulayıb:
"Yeni mahnı yazmışdıq. O gün danışıdım, dedim belə getsə, Rəhim öləcək. Deyirdi Allah məni çox istəyir".
Milli.Az