Şou-biznes

"Çalışaq, özümüzü biabır etməyək" - VİDEO

13 Sentyabr 2022 20:12
Baxış: 2 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müğənnilərimizin 70 faizinin şəxsi fikirləri yoxdur. Öz geyimlərini kənardan görə bilmirlər. Səhnəyə çıxmağa 5 dəqiqə qalmış, stildən anlayışı olmayan bir insan qolundakı bilərziyi çıxarıb taxır müğənniyə. Müğənni güzgüyə baxmadan götürüb üzərinə taxır".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış makiyaj ustası Nigar İbrahimova müsahibəsində deyib. O, bəzi müğənnilərin zövqsüz səhnə geyimlərindən və qeyri-peşəkar stilistlərdən söhbət açıb:

"Biri tənqid edər, ikisi, üçü... Yaxşı, onu-on beşi sifarişdir. Axı, bir də görürsən ki, 500 şərhdən 300-ü tənqiddir. Bu zaman, deməli, çoxluğa tabe olmalıyıq. Arxamızı yerə qoymadan söyürük də, acılayırıq da.

Ay insan, niyə? Əslində sən de ki, çox sağ olun. Müğənninin başı oxumağa qarışıb, stilist doğru geyimi seçməyib. Stilistlika də ayrı bir elmdir. Stilist də özünü batırdığı qədər batırır, müğənni də biabır olur. Tamaşaçı bir nöqtəyə baxır ki, ay Allah, bunu niyə bu gündə geyindiriblər?

İnanın, tənqidə başlasam, uzun tənqidlərdən keçirdərəm. Amma bəzən üz-üzə gəlirəm, çörək kəsirəm. Çox gözəl isti münasibətə görə özüm utanıram. Üzüm qızarır ki, aranı açmayım. Amma başlayaram və doğruları deyərəm.

Düşünürəm ki, desəm belə, onun beynini dəyişməyəcəm. Onun beyni, psixologiyası dəyişməlidir. Bir də görürsən ki, elə bir kuliminasiya nöqtəsində sevilən insan vurulur yerə. Demək ki, səhvlər olur. Çünki bizim millət hər şeyi çox gözəl görür. Ona görə də çalışaq, özümüzü biabır etməyək".

Qeyd edək ki, tanınmış müğənnilərdə obrazlar yaradan Nigar İbrahimova müğənni İradə İbrahimovanın bacısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.