Şou-biznes

Adriana üçüncü dəfə ana oldu

6 Sentyabr 2022 16:20
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Supermodel Adriana Lima üçüncü dəfə övlad dünyaya gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı məşhur və əri, film prodüseri Andre Lemmers yeni doğulan oğlana Sian adı veriblər.

Qeyd edək ki, rejissor supermodellə 2021-ci ildə görüşməyə başlayıb.

Xatıradaq ki, supermodelin daha iki qız övladı var: 12 yaşlı Valentina və 9 yaşlı Sienna. Onların hər ikisi Limanın basketbolçu Marko Yariçlə nikahından doğulub. Cütlük 2014-cü ildə münasibətlərinə son qoyub və bir il sonra boşanıb.

Bundan sonra Lima türk yazıçısı Metin Hara ilə yaxın münasibətdə olub, lakin 2019-cu ilin qışında onlar ayrılmaq qərarına gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.