Şou-biznes

Üç məşhur serial Xəzər TV-də

2 Sentyabr 2022 13:00
Baxış: 9 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər TV yeni sezonda üç məşhur serialı ekranına daşımağa hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, kanalda yeni mövsümdə iki türk, bir rus serialı yayımlanacaq.

Belə ki, TRT 1 istehsalı "Masumlar apartmanı" və "Uyanış: Büyük Selçuklu" "Xəzər"in yeni efirə verəcəyi türk seriallarıdır. Türkiyədə yüksək reytinq toplayan layihələr azərbaycanca yayımlanacaq.

"Masumlar apartmanı"nın adı tərcümə edilərək "Məsumlar məkanı" qoyulub.

Tarixi janrda olan digər ekran işinin isə adı olduğu kimi saxlanılıb. "Uyanış: Büyük Selçuklu" sentyabrın 12-dən yayımlanacaq.

Rusiya istehsalı serial məşhur rus aktyoru Sergey Bezrukovun baş rolunu canlandırdığı, 4 dostun kriminal aləmdə yaşadıqlarından bəhs olunan, 2000-ci illərin ən populyar serialı "Briqada"dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.