Şou-biznes

64 yaşlı Şeron Stoundan yeni - FOTOSESSİYA

1 Sentyabr 2022 02:44
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Şeron Stoun "Vogue" jurnalının sentyabr buraxılışının siması olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,64 yaşlı aktrisa nəşrin ərəb bölməsi üçün kamera qarşısına keçib. Aktrisa etiraf edib ki, 2001-ci ildə keçirtdiyi insult onun gözəllik üçün etdirdiyi prosedurlara olan baxışını dəyişdirib.

"Elə vaxtlar olub ki, şöhrətimin zirvəsində botoks, dolgu və başqa şeylər etmişəm. Sonra insult, beyin qanaxması keçirtmişəm. Üz tonumun qayıtması üçün 300-dən çox botoks və dolgu iynəsi vurdurmalı olmuşam.

Mənə elə gəlir ki, hazırda həyatımın ən həyəcanlı və yaradıcı dövrünü yaşayıram. Özümü çox xoşbəxt hiss edirəm. Heç vaxt bu qədər sevinc hiss etməmişdim" deyə, Stoun bildirib.

Qeyd edək ki, Stounun üç uşağı övladlıqdır. Aktrisa 2000-ci ildə "San Francisco Chronicle" jurnalının redaktoru Fil Bronşteynlə evlənərkən böyük oğlu Roeni övladlığa götürüb. 2003-cü ildə Fildən boşanmaq üçün məhkəməyə müraciət edib və uşağın qəyyumluğunu alıb.

2005-ci ildə Stoun Lairdini, bir il sonra isə Quinni övladlığa götürüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.