Şou-biznes

"Uduzduğum üçün atam evə buraxmadı"

30 Avqust 2022 21:00
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hərbçi ailəsində doğulmuşam. Anam müəllim, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, "Sənin oğlunu döymüşük. Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Söz baz" proqramında deyib. Sənətçi belə bir hadisəyə görə cəzalandırıldığını bildirib:

"Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, "Olmaz. Nə vaxt udarsan, onda gələrsən". Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.