Şou-biznes

Çantasında 20 minə yaxın pulla gəzən azərbaycanlı müğənni - VİDEO

25 Avqust 2022 13:14
Baxış: 2 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur azərbaycanlı müğənnisi Nəvai Bəkirov çantasında gəzdirdiklərini nümayiş etdirib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bunları isə sənətçi sosial şəbəkə hesabında çəkib, paylaşdığı videoda göstərib. 

"Black phantom memento mori fragrantica by Kilian" ətrindən istifadə edirəm. Çantamdan əlavə avtomobilimdə də bu ətirdən var (təxmini qiymət 287 manat).

"Apple" markasına məxsus qulaqcıqlar. Həmişə çantamda və ya üzərimdə nağd pul olmalıdır. Bir paçka 5000 rubl (təxminən 14100 manat). Əgər gəzməyə gedirəmsə bəxşiş verməyi sevirəm. Özümlə çanta gəzdirməyi o qədər də sevmirəm. Amma üzərimdə başqa nağd pulum da olur (təxminən 6000 manat). Görürsünüz ki, pulun arasında bank pul kartım var.

Onlar isə hamısı rezinlə bərkidilib. Pulu məhz rezinlə bərkitmək özüməməxsus bir tərzimdir. Çantamda həmçinin idarə etdiyim avtomobillərimin açarlarını,  ehtiyat telefonumu da görürsünüz. Sənədlərimi də üstümdə səliqəli şəkildə gəzdirirəm. Bundan savayı çantamda eynəyim də var. Vəssalam!". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.