Şou-biznes

"Getməyim üçün əmisi mənə pul təklif etdi"

24 Avqust 2022 14:56
0 Şərh     Baxış: 1 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva illər əvvəl yaşadığı eşqdən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa "Onun sirri" proqramında bəhs edib. O bildirib ki, hadisə Naxçıvanda yaşadığı ərəfədə baş verib:

"Naxçıvanda olanda gənc bir oğlan məni sevirdi. 21 yaşım vardı, universiteti bitirib getmişdim. İki yaş məndən kiçik idi. Həmin oğlan bütün günü teatrın önündə dururdu. Naxçıvanda qalmağım üçün dövlət mənə birinci mərtəbədə müvəqqəti ev vermişdi. Oğlan evlərindən mürəbbə və digər şeylər gətirib, arxa tərəfdə olan pəncərəmin önünə qoyurdu. Evin tək oğlu idi və zəngin ailə idilər. Gecəmi-gündüzümü qara etmişdi. Lakin o mənə yaxınlaşmırdı. Uzaqda durub, mənə baxır və izləyirdi. Bir-iki dəfə yaxınlaşsa da, danışa bilmədi. O zamanlar isə ürəyimdə başqa sevgi vardı. Sevgi görmədiyimdən, sevgi axtarırdım. Sevgiyə möhtac idim.

Bu uşaqlıqdan aldığım travmadır. Həyatım boyu məni izləyir. Bəlkə də heç zaman sevməmişəm. Həmin oğlana dedim ki, səni istəmirəm, səndən xoşum gəlmir. Valideyinləri oğlunun məni sevdiyini xəbər tutmuşdurlar. O da söyləmişdi ki, Naibə ilə evlənmək istəyirəm. Aktrisa olduğum üçün valideyinləri oğullarının mənimlə evlənməyinə qarşı idilər".

N.Allahverdiyeva əlavə edib ki, oğlanın əmisi ondan ayrılması üçün ona pul təklif edib:

"Onlar "Bizim nəsildə aktrisa ola bilməz" fikrində idilər. O dövrlərdə aktrisalar ailə həyatı qura bilmirdilər. Sonra oğlanın evində böyük qalmaqallar yaşanmışdı. Evdə oturmuşdum. Gördüm ki, qapı döyülür. Oğlanın əmisi idi. O, mənim getməyimi söylədi. Oğlan sözün həqiqi mənasında mənə "Məcnun" olmuşdu. O qədər məni bezdirmişdi ki, çılğınlığıma salıb, deyirdim ki, "Buradan çıxıb getməsən, başına daş vuracağam".

Əmisinə dedim ki, oğlana söyləyin məndən əl çəksin, nifrət edirəm ona. O isə cavab olaraq söyləyirdi ki, "Səndən heç zaman əl çəkməyəcək və biz də buna razı olmayacağıq. Buradan çıx get". Eitraz etdim və dedim ki, buradan çıxıb gedən deyiləm.

Əmisi getməyimə görə pul təklif etdi. Amma tərsliyimə salıb, yenə də getməyəcəyimi söylədim. Sonra tamam başqa səbəblər ortalığa çıxdı və getməli oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.