Şou-biznes

Ülviyyə izləyiciləri ilə davaya çıxdı: “Ürəyimi bulandıranları...” - FOTO

18 Avqust 2022 19:15
1 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa və bloger Ülviyyə Xəlilbəyli ilə izləyiciləri arasında növbəti "atışma" yaşanıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bir neçə həftə əvvəl "bella eyes" gözlərinə sahib olmaq üçün bıçaq altına uzanan aktrisanın əməliyyatını eyni zamanda paylaşdığı fotoşoplu şəkillərini tənqid edənlərə qarşı tərəfdən ironiyalı cavab gəlib. 

Ülviyyə sosial şəbəkə hesabında "filtr"sız fotosunu paylaşaraq, bu sözləri yazıb: 

"Filtr" olmadan şəkil paylaşın, deyirdiniz. İstəkləri nəzərə aldım. Əməliyyatın dörd ayı hələ tamam olmayıb. Tam nəticə altı ay və bir il içində olacaq. "Instagram"da yazılan şərhləri onsuz da nəzərə almıram.  

Əsas canlı görəndən sonra eşitdiyim rəylərdir. Şükür ki, hələ pis söz eşitməmişəm. Ürəyimi bulandıranları isə qara siyahıya atıram. Nə görüm, nə eşidim. Əziyyəti isə sizə qalacaq. Yenidən bir də mənə görə saxta hesab açacaqsınız". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.