Şou-biznes

Şahzadə Diananın qohumu “Dolce & Gabbana” eynəklərini reklam etdi

16 Avqust 2022 16:15
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Diananın qardaşı qızı Kitti Spenser İtaliyanın "Dolce & Gabbana" brendinin reklam kampaniyasının qəhrəmanı olub. O, reklamda pank-rok obrazında yer alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reklam çarxı üçün Kitti Spenser 80-ci illərin dəbi olan bob saç düzümü, qırmızı dodaqlar, qalın qızıl zinət əşyaları və böyük ölçülü qara gün eynəklərində kamera qarşısına keçib. Pərəstişkarları yeni obrazın ona həqiqətən yaraşdığını qeyd ediblər.

Ledi Kitti bir neçə ildir ki, İtaliyanın "Dolce & Gabbana" moda evinin reklam kampaniyalarında iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.