Şou-biznes

Şou xanımları bikinidəki FOTO paylaşımları ilə "YANDIRIB-YAXDILAR"

15 Avqust 2022 19:14
4 Şərh     Baxış: 2 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəsarəti, hünəri eyni zamanda cazibədar bədən quruluşunu gözlər önünə sərgiləyən şou xanımları bikinidə fotolar çəkdirərək sosial şəbəkə hesablarında həmkarlarına göz dağı verirlər. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva, müğənni Dilarə Kazımova, aktrisa Pərvin Abıyeva və "Renka" ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova çimərlik geyimində obyektiv qarşısına keçərək iddialı pozlar veriblər.

Son zamanlar açıq-saçıq, lakin olduqca zövqlü geyimləri ilə adından söz etdirən Tünzalə ilk dəfə bikinidə fotolarını paylaşıb. Sənətçi bikinisini naxışlı və printli "pareo" ilə bağlamağa çalışıb.

Dilarə isə Tünzalədən fərqli olaraq, fit vücudunu nümayiş etməkdən çəkinməyib. Güzgü önünə keçən ifaçı çimərlik geyimində göz qamaşdırıb.

Əyləncəsinə adrenalin qatmaq üçün dənizdə skuter idarə edən Pərvin bikinidə çəkdiyi şəkilləri ilə diqqət çəkib.

Sənət yoldaşlarından fərqli olaraq istirahətini Türkiyədə deyil, uşaqları ilə birlikdə Azərbaycanın bölgələrin birində keçirən Renka qaldığı villanın həyətində bikinidə pozlar verib.

Evdə oturmaqdan artıq çəki aldığını etiraf edən rəqqasə fit vücudu ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.