Şou-biznes

Fahriye Evcen və Burak Özçivitdən ayrılıq xəbərlərinə REAKSİYA - FOTO

11 Avqust 2022 15:30
1 Şərh     Baxış: 2 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur sənətçi cütlük Fahriye Evcen və Burak Özçivit ayrılıq xəbərlərinə aydınlıq gətiriblər.

Milli.Az xəbər verir ki, Fahriye Evcenin qayınanası ilə mübahisə etməsi və Burak Özçivitin həyat yoldaşına "Fahriye, bəsdir" deyə qışqırması iddiası şou-biznes gündəmində bomba effekti yaradıb.

Hətta məşhur cütlüyün qonşularının sosial şəbəkədəki paylaşımlarına görə, Evcenin mübahisədən sonra evi tərk etdiyi iddia edilib.

Mətbuata əks olunan ayrılıq xəbərinin ardından məşhurlar səssizliklərini pozublar.

Onlar romantik anlarını "Instagram" hesabından paylaşaraq, "Artıq boş-boş danışmayın, bizi rahat buraxın..." - deyərək iddiaları təkzib ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.