Şou-biznes

"Hüzur axtarsam, özümü sənin yanına park edirəm" - İradə İbrahimova

10 Avqust 2022 13:37
5 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər dəfə dönüb geriyə baxdıqda Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Allaha, yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Sənətçi həyat yoldaşı Ceyhun İzərlə fotosunu izləyiciləriylə bölüşərək bunları əlavə edib:

"Birlikdə bizi biri-birimizə bağlayan ürəkağrısı da yaşadıq, qəhqəhəylə də güldük. Amma nə zaman içim sıxılsa, azca hüzur axtarsam, həmin an özümü sənin yanına park edirəm. Bir bütün olaraq baxdığımda həyatım səninlə, övladlarımla, yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın. Bərabər duran diş fırçalarımızı və ürəkdən gələn hüzurlu dua və şükürlərimizi".

Qeyd edək ki, İradə və Ceyhun cütlüyünün iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.