Şou-biznes

Qəyyumluğunu istəyən oğluna Tatlısəsdən cavab

26 İyul 2022 13:36
0 Şərh     Baxış: 1 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni İbrahim Tatlısəs konsertində oğlu Ahmet barədə danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi pərəstişkarlarıyla söhbəti zamanı "Ağlımın yerində olmadığını deyirlər. Ay səfehlər, ağlı üstündə olmayan biri bu qədər mahnını əzbər bilər?" söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.