Şou-biznes

"Qiymətimi bilən qadınam"

26 İyul 2022 04:22
3 Şərh     Baxış: 2 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İçimdə çox böyük sevgi var". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Əminə Şirin "Maqazin Plyus" verilişinə müsahibəsində deyib. 

Növbəti dəfə ailə quracağından söz açan sənətçi özünü öyərək qiymət və dəyərini bildiyini dilə gətirib: 

"Ailə quracağım bir kişi ilk növbədə cəsarətli olmalıdır. İstər qadın, istər kişi olsun, ümumiyyətlə cəsarətsiz insana insan gözü ilə baxmıram. İnsan cəsarətli, ürəkli olmalıdır. Gözəl söz var: "Öz səhvlərimin belə arxasındayam".

Biri var, öz qiymətini bilən qadın, biri də var, öz qiymətini deyən qadın. Bu iki qadın arasında çox böyük fərq var. Mən öz qiymətimi bilən qadınam. Yanımda olan insan da mənim qiymətimi bilməlidir". 

Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb. Keçmiş cütlüyün bir qızı var.

Müğənni, həmçinin müsahibələrin birində "Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim" açıqlaması ilə gündəmə səs salmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.