Şou-biznes

Nəzakət Teymurova plastik əməliyyat olunub? - AÇIQLAMA - FOTO

23 İyul 2022 22:27
8 Şərh     Baxış: 2 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkə hesabından aktiv istifadə edən Xalq artisti Nəzakət Teymurovanın xarici görünüşündəki dəyişiklik izləyicilərin diqqətindən qaçmayıb.

Xeyli çəki atan 50 yaşlı muğam ustadının "Instagram" hesabında paylaşdığı fotolarda onun plastik əməliyyat etdirdiyini düşünənlər də az olmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Nəzakət Teymurova yayılan əməliyyat iddialarını cavabsız qoyaraq yalnız sənəti ilə gündəmə gəlmək istədiyini qeyd edib:

"Mən şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. Ancaq gördüyüm işlər, sənətimlə bağlı haqqımda danışılmağını istəyirəm. Sosial şəbəkələrdə insanı tanıyan, tanımayan, sənətini bilən, bilməyən o qədər insanlar lazımsız şeylər yazır ki... İstəmirəm ki, belə şeylərlə gündəmə gəlim".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.