Şou-biznes

Hamilə Vəfa: ”Mələk donuna girib” ailələr dağıdan qadın müğənnilər var” - VİDEO

23 İyul 2022 18:22
0 Şərh     Baxış: 1 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Getdiyim toyların 90 faizi qadın məclislərindən ibarətdir".  

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri hamilə olan müğənni Vəfa Şərifova qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə Səmimi" layihəsində deyib.  

Sənətçi bəzi qadın həmkarlarının ailə dağıtdığını iddia edib:  

"Qadınlar hissiyatlı olurlar. Onlar baxanda bilirlər ki, bu xanım müğənni gəlsə evimizi, ailəmizi dağıdıb, problem yaşadar, yoxsa yox. Mələk donunda addım atanlar da var. Şou-biznesin içindəyik. Elə söhbətlər eşidirik ki, şoka düşürük, yəni həmin şəxs bunu edər?! Bu adam bu işi görər?! Təəssüf ki, aldadanlar da var. Amma o da müəyyən bir zamana qədərdir.  

Zamanla kimin kim olduğunu başa düşürlər. Elə qadın müğənnilər var ki, onları qadınlar öz məclislərinə və ailələrinin içinə girməyə qoymurlar. Qısqanırlar, rahat olmurlar. Toyda başqa problemlər yarada bilərlər. Qadınlar öz ərləri ilə olmasa da, qonağı ilə nələrsə yaşana biləcəyindən ehtiyat edirlər".  

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. O, hamilədir. Müğənninin Məryəm adında bir qızı var.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.