Şou-biznes

Dəhşətli qəzada sevgilisini itirən model: “Qolumu sındırmağa məcbur oldum” - FOTO

16 İyul 2022 18:00
0 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevgilisini Bodrumda qəzada itirən britaniyalı model Yazmin Oukhellou səssizliyini pozub.

Milli.Az medianews.az-a istinadla xəbər verir ki, Yalıkavak-Bodrum yolunda baş verən qəzada Ceyk Robert Maklin ölüb, sevgilisi, model və aktrisa Yazmin Oukhellou isə yaralanıb.

Türkiyədə müalicə olunduqdan sonra ölkəsinə qayıdan britaniyalı aktyor qəza ilə bağlı açıqlamalar verib. Qəza zamanı 28 yaşlı aktrisa qolundan ciddi xəsarət alıb.

Yazmin Oukhellou qəza ilə bağlı bunları deyib: "Qəzadan sonra maşından düşüb kömək çağırmağa tələsdim. Qolum qapının arasından sıxışdığı üçün maşından düşə bilmədim. Qolumu sındırmaq məcburiyyətində qaldım. Daha sonra oradan çıxaraq kömək çağırdım. Ya sakit uzanıb qanaxmadan öləcəkdim, ya da xilas olmaq üçün öz qolumu qırmalı idim, başqa çarəm yox idi".

Aktrisa daha sonra yaşadığı kədər və sarsıntının onu müalicəyə möhtac etdiyini və qəzadan sonra anası Lizanın yanından ayrılmadığını açıqlayıb.

Qeyd edək ki, Yazmin Oukhellou İngiltərədə yayımlanan  "The Only Way Is Essex" serialında rol alır və modellik edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.