Şou-biznes

"Bu xəcaləti, rüsvayçılığı necə götürək?"

13 İyul 2022 17:45
2 Şərh     Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qazi intiharları ölkənin üz qarası olmaqla, gəncliyin, millətin vətənpərvərlik duyğularına böyük zərbədir. Qazilərin sosial rifahı, onların psixoloji qayğıları kimlərin ixtiyarına verilibsə, hər bir intihar halı, problem onların məsuliyyəti və məsuliyyətsizliyidir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi intihar edən qazi Elvin Cəfərovla bağlı fikirlərini bölüşüb. Murad sözlərini belə davam edib:

"Ən yaxşı, mərd, qiymətli oğullarımızı tanıdıq müharibədə və... Yazılanlara görə, 35-ci qazi intiharıdır. Bunu hara yazaq? Bu xəcaləti, rüsvayçılığı necə götürək, necə sığışdıraq mənliyimizə?

Bu oğulların psixolojisi, sosial durumu, müraciətlərinə diqqət çox çətindirmi? Nə istəyirdi ki, o sadə, kasıb ailələrin fədakar balaları? Nə tələb etdi ki, sizlərdən, üzdünüz, incitdiniz onları? Heyif...".

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.