Şou-biznes

“Mən də “özündən razılıq” xəstəliyinə tutulmuşdum”

12 İyul 2022 14:00
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çəkiliş gedirdi. Rasim müəllim (Xalq artisti, rejissor Rasim Ocaqov- red) mənə siqareti tələm-tələsik şəkildə atmağım barədə təlimat verdi. Mən isə bunu bir estetika ilə etmək istəyirdim, alınmadı. Təxminən 7-8 dəfə siqaret atmaq səhnəsini yenidən çəkməli olduq.

Özüm-özümə qəzəbləndim. Yəni bir siqareti ata bilmədim? Bir-birimizlə dalaşdıq. Məndə də bir balaca "özündən razılıq" xəstəliyi var idi. O, bunun fərqinə vardı və yerindəcə o, xasiyyətimi boğub öldürdü".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan!" verilişində  mərhum rejissor Rasim Ocaqov haqqında deyib. 

Manafov kinorejissora olan sevgisini və hörmətini də dilə gətirib: "Mən ondan heç vaxt ayrılmamışam. Rasim müəllim mənim hər zaman ürəyimdə və düşüncələrimdə qalacaq. O, zaman bir kölgə kimi mənim arxamda olub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.