Şou-biznes

Yutubdan Dilarəyə qadağa - Uşaq zorakılığına görə

11 İyul 2022 14:52
0 Şərh     Baxış: 2 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Dilarə Kazımovanın "Xarizma" mahnısına çəkdirdiyi klipinə yutub qadağa qoyub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ekran işindəki açıq-saçıq görüntü olub. Bu haqda Dilarə "Şourum" proqramında danışıb. O bildirib ki, baxış sayı çox az olub:

"Yutub, instaqramda baxış sayı azalıb. Yutubda reklama mahnımı qoya bilmədim. Orada seksual məqamlar var. Beyons, Kardi B etsə olar, bizə yox. Uşaq zorakılığı olduğunu yazıblar. Heç kimə təsdiq edə bilmədim ki, yoxdu. Hansı şirkətə zəng vurdum, qəbul etmədi və reklamdan sildilər. Sonra dedim ki, baxış sayı önəmli deyil, onsuz insanlar bu mahnını bilir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.