Şou-biznes

Ruhəngiz Musəvi qızının boşanması ilə bağlı suala əsəbiləşdi - VİDEO

9 İyul 2022 02:31
3 Şərh     Baxış: 1 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Ruhəngiz Musəvi qızı Lalənin boşanması ilə bağlı verilən suala əsəbiləşib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Onun sirri" proqramında qonaq olan sənətçi proqramı tərk etmək istəyib. O, bu haqda haqda danışmaq istəmədiyini bildirib:

"Burada danışdıqlarımı çox yerdə açıqlamamışam. Amma hər şeyin təhəri var. Artıq otura bilmirəm, özümü pis hiss edirəm. Özümlə bağlı suallara razıyam, qızım haqda istəmirəm. Gedirəm, qala bilmirəm".

Aparıcı Lətafət Ələkbərova isə verilişi tərk etmək istəyən Ruhəngiz Musəvini fikrindən daşındırıb.

"Məni belə görməsinlər. Hər bir kəs övladına çox bağlıdır. Ana övladının xoşbəxtliyini istər. Deyirlər ki, ana nə yaşayırsa, balası da onu yaşayar. Qohuma ərə getmişdi, qismət beləymiş. Bu barədə danışmayaq, çox həssasam" deyə, Əməkdar artist əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.