Şou-biznes

“Spice Girls” “Qırmızı bibər”in 50 illik yubileyi üçün yenidən birləşəcək

8 İyul 2022 15:37
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarının bağlanış mərasimindən sonra "Spice Girls" qrupu ilk dəfə yenidən bir araya gələcək və "Qırmızı Bibər" - Cerri Hornerin 50 illik yubiley mərasimində çıxış edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Cerri Horner "Spice Girls"də olan həmkarları Emma Banton, Melani Braun, Melani Çizholm və Viktoriya Bekhemi sentyabr ayında dəbdəbəli ad günü tədbirinə dəvət edib. Bayram Devid və Viktoriya Bekhemin Kotsuolddakı evinin yaxınlığındakı Oksfordşird malikanəsində keçiriləcək.

"Bu, Cerrinin ən yaxın dostlarının dəvət olunduğu heyrətamiz bir axşam olacaq. Biz "Spice Girls" qrupunun birlikdə səhnəyə çıxmasını və "Wannabe" mahnısını oxumasını planlaşdırırıq", - deyə mənbə nəşrə bildirib.

"The Spice Girls" sonuncu dəfə 2019-cu ildə Böyük Britaniya və İrlandiya turu çərçivəsində çıxış etmişdi. O zaman Viktoriya Bekhem şəxsi durumunu əsas gətirərək həmkarlarına qoşula bilməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.