Şou-biznes

“Kuruluş Osman” Şuşada çəkiləcək

7 İyul 2022 13:00
1 Şərh     Baxış: 2 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.

Milli.Az olay-a istinadən xəbər verir ki, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.

Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə "Şərqdəki Şuşa da bizimdir" deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.

Qeyd edək ki, "Kuruluş Osman"da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.

Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.