Şou-biznes

Röya Ayxan bunun üçün 6000 AZN-dən keçməli olub

7 İyul 2022 13:22
0 Şərh     Baxış: 6 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın bir müddət əvvəl ifa etdiyi "Tövbə" mahnısı ilə bağlı yeni iddia yayılıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçinin sözügedən ifa üçün MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 dollar (təxminən 5950 AZN) ödədiyi bildirilib.

Bu haqda aparıcı və prodüser Tolik (Tarix Əliyev) öz verilişində deyib:

"Bizim sənət adamları türk mahnıları oxuyanda onları məhkəməyə verirlər. Röya "Tövbə"ni oxuyub yutuba yerləşdirmək üçün 3500 dollar (təxminən 5950 AZN) ödəyib. Zöhrə Abdullayeva da oxuyanda icazəsi var idi. Türkiyədən hər mahnıya görə pul tələb edirlər, əks halda ifa yutubdan silinir".

Daha sonra Röya Ayxanın mətbuat xidmətindən Tolikin bu məlumatının doğruluğu təsdiqlənib. 

Qeyd edək ki, "Tövbə"ni ilk dəfə mərhum Əməkdar artist Zöhrə Abdullayeva ifa edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.