Şou-biznes

Nura "qanlı bıçaq" olduğu Tünzalədən danışdı: "Hamıya mız qoymağı sevir" - VİDEO

28 İyun 2022 11:22
1 Şərh     Baxış: 1 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"O dəyişimi Tünzalədən heç zaman gözləmirdim. Açıq-saçıq özü də geyinmirdi, başqalarında da bunu qəbahət görürdü. Var onda belə bir xasiyyət, hamıya mız qoymağı sevir". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "7 özəl" gecə şousunda deyib.  

Sənətçi "qanlı bıçaq" olduğu Xalq artisti Tünzalə Ağayevanın 180 dərəcə imic və tərz dəyişiminə təriflər yağdırıb:

"Bugünkü gün görürəm ki, geyimləri ilə seçilir. Hər dəfə geyimlərindəki açıqlığı fərqli şəkildə nümayiş etdirir. Ya sinəsi, ya ayağı, ya da ki kürəyi açıq olur. Çox düzgün şəkildə açır. Hamısını birdən açmır. Keçən dəfə bir məclisdə idik, baxıb gördüm ki, çox maraqlı geyinib. Tünzalə bədənini çox gözəl bilir. Özünə çox güvənir. Çünki idmanla məşğul olur, özünə baxır. Artıq o çərçivələri qırıb. Əvvəllər Tünzalədə çərçivələr çox idi və kənardan da hiss olunurdu. Mənə elə gəlir ki, bundan sonra onun güvəni özünə daha da artdı.

"Xalq artisti" fəxri adı alandan sonra o artıq seçilməyi, səhnədə fərqli olmağı bacardı. Çox uğurludur. Səhnəyə gələndə Tünzalə başını örtmüşdü və çox maraqlı obrazı vardı. İndi o bir ulduz kimi öz adının sanbalını saxlayıb və qoruya bilir və bunu gözəl şəkildə təqdim edir".  

Qeyd edək ki, illər əvvəl N.Suri maqazin verilişlərinin birində T.Ağayeva haqqında söylədiyi "Elə də böyük yaş fərqimiz də yoxdur ki, mənə nədəsə yol göstərsin.

Tünzalə özünü hər kəsdən üstün görür. Səsim güclüdür deyə, mən kimdənsə üstünəm. Yəqin deputat olmağa hazırlaşır. Ondan da irəli gələ bilər" sözləri ilə qalmaqalın təməlini qoymuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.