Şou-biznes

Tom Kruz karyerasındakı ən böyük qonorarını alacaq

27 İyun 2022 14:52
0 Şərh     Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Tom Kruzun "Top Gun: Maverick" filmində ifa etdiyi roal görə  100-200 milyon dollar arasında qonorar ala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, aktyorun filmdən qazancı iki hissədən ibarətdir: Çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faiz. "Top Gun: Maverick" ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci Kann Film Festivalında olub. Tədbirdə 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.