Şou-biznes

"Köklüyümə lağ edirsiniz, amma uşağımı ələ sala bilməzsiniz"

25 İyun 2022 13:34
5 Şərh     Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə oğlu Əlinin ünvanına yazılan şərhə əsəbiləşib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayımda olarkən izləyicilərin onu tənqid etməsinə münasibət bildirib. O, övladına söz atanlara xəbərdarlıq edib:

"Məni düzgün başa düşün: mənə, köklüyümə lağ edirsiniz qəbul edirəm. Acığıma gələn bunlardır. Deyirsiz, kirpiyin belədir, saçını niyə belə yığmısan, paltarın sənə yaraşmır, qarnın yekə çıxır... Bunları qəbul edirəm. Uşağım oradan deyir ki, ana, mənə çörək ver. Oradan yazırsınız ələ salırsınız, yəni demək istəyirsiniz ki, uşağın bu vaxtı yeyirsə, sənin kimi olacaq. Bunlar xoşuma gəlmir. Zarafat edirik, deyib-gülürük öz yerində. Amma uşağımla zaraftlaşmaq, belə şərhlə yanaşmağa imkan vermərəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.