"Bu sənətdə yaş 50-ni keçdi, artıq heç kimə lazım deyilsən"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vaxtında biznes qurmadım, məndə olmadı. Mənim ailəmdə problemlər oldu, ağrılı günlər oldu, övladlarım imkan vermədi. Heç nə edə bilmədim. Mənim başqa yerdən gəlirim yoxdur. Nə dalımda Həcim yoxdur, nə əmim yoxdur, nə də dayım".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.
"Mən tək ailə saxlayıram. Ömrü boyu bir dənə kişi deyə bilməz ki, mən onun əyninə bir dənə paltar almışam. Başım dikdi. Mən bu gün məclisə girəndə qadınlar alnımdan öpürsə, kişilər bacı deyirsə, bundan böyük xoşbəxtlik ola bilər?!Mən təmiz adımı qoruyub saxlamışam. Mən bəziləri kimi dəftər vərəqi kimi vərəqlənməmək üçün həddimi bilmişəm. Mən də istəyərdim rəhmətlik yoldaşımdan sonra arxamda dayağım olsun. Amma elə şeylər var ki, hədləri gözləmək lazımdır. Təmiz ad hər şeydən qiymətlidir. Mən gərək öz adımla övladımı utandırmayım ki, gələcəkdə o da mənə hörmət qoysun" deyə müğənni bildirib.
Samirə Yusifqızı vaxtilə fərdi dərslər dediyini bildirib.
"Fərdi dərslər demişəm. Tələbələrim də "Xalq ulduzu" ndan tutmuş "Yeni ulduz" a qədər iştirak edib, yerini tutmuş insanlardır. İncəsənət aləmində öz sözünü demiş sənətkarların bir çoxları mənim yanımda oxuyanlar olub. Mən ali savadlı müğənniyəm, təəssüf ki, müəllim deyiləm, həkim deyiləm, hansısa dövlət işçisi deyiləm. Bu sənət çox nankor sənətdir. İnsanı cavan vaxtı sevir bu sənət, yaş 40-50-ni keçdi, artıq heç kimə lazım deyilsən" deyə Samirə Yusifqızı bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





