“Küçədə tək yeriyə bilmirəm, tanımadığım insanlar...” - Modelin etirafı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Model biznesi Azərbaycanda yüksək inkişaf etməsə də, cəmiyyətin modellərə münasibəti dəyişməsə də, ölkəmizdə tez-tez model və gözəllik yarışlarının keçirilməsi davam edir.
Bir neçə həftə əvvəl "Miss & Mister Top Model" müsabiqəsinin qalibi olmuş Aysel Əlizadə bu yolda qarşılaşdığı maneələrdən danışıb.
Milli.Az publika.az-a istinadən müsabiqənin qalibi ilə müsahibəni təqdim edir:
- Aysel xanım, əvvəlcə sizi yaxından tanıyaq.
- 23 yaşım var, 2015-ci ildə orta məktəbi bitirib, İqtisad Universitetinə qəbul olmuşam və Biznes və menecment fakültəsi üzrə təhsil almışam. Daha sonra kod akademiyasının 6 aylıq təhsil proqramında qrafik dizaynerliyi öyrənmişəm. 3 aydır ki, evliyəm.
- Nə zaman qərar verdiniz ki, özünüzü model kimi sınamaq istəyirsiniz?
- Həm məktəbdə, həm də ətrafda bütün yaşıdlarımdan hündür olduğum üçün uşaqlıqda həmişə yaxınlarım deyirdi ki, səndən gözəl model olar. Elə "Modelka" deyə çağırırdılar. Bu sözlər yavaş-yavaş beynimə oturdu, ürəyimə yol tapdı. Anam hündürdaban ayaqqabı geyinmirdi, demək olar ki, belə ayaqqabısı yox idi. Xalamın isə cürbəcür hündürdabanları vardı. Qırmızı bir ayaqqabısı ayağıma böyük olsa da, geyinib güzgünün qarşısında özümə tamaşa etməyi xoşlayırdım. Təsəvvürümdə özümü model kimi canlandırırdım. Əslində modelliklə bağlı ciddi planlarım yox idi, sadəcə içimdən gələni edirdim. Zaman keçdi, böyüdüm və xalam həmin qırmızı ayaqqabıları mənə hədiyyə etdi. Onları indiyə qədər saxlamışam, mənə uşaqlıq xəyallarımı xatırladırlar.
- Bu yaxınlarda keçirilən gözəllik müsabiqəsinin qalibi olmusunuz. Gözləyirdinizmi bunu? Ümumiyyətlə, hansı xüsusiyyətlərinizə görə qalib gəldiniz?
- Əli Rzayevin təşkil etdiyi yarışmaya qatılmışdım, orda üç aylıq hazırlıqdan sonra final yarışı oldu. Finalda birinci yerə layiq görüldüm. Münfislərdən "Niyə məni seçdiniz" - sualının cavabını soruşdum. Cavab verdilər ki, modellik sadəcə hündürboy və arıq bədən ölçüləri tələb etmir. Model həm də duruşu ilə inam və güvən yaymalıdır. Sualıma belə cavab verdilər: "Müsabiqə boyu özgüvən səni tərk etmədi, podiumu özünə inanaraq yeriyirdin, pozitiv enerjini üzündən bizə də yansıdırdın və biz səndə o işığı gördük".
Orda məndən də hündür və arıq qızlar var idi, ola bilsin modelliyi ruhən mənim qədər dərindən yaşamayıblar. Model örnək olmalıdır, həm sərbəst və azad qadın olduğunu ətrafdakılara göstərməlisən, həm də özünə güvənərək addımlaya bilməlisən.
- Gözəllik müsabiqəsinin qalibləri sosial şəbəkədə tez-tez müzakirələrə səbəb olur. Hərdən ictimaiyyətin fikri ilə münsiflərin qərarı üst-üstə düşmür. Sizcə, modellik standartlarına tam cavab verirsiniz?
- Azərbaycan daxilində keçirilən çox yarışları izləmişəm. Düzdür, bəzən qaliblər qəbul olunmur. Çoxu düşünür ki, seçim ədalətsiz olub. Seçimin nə dərəcədə düzgün olduğunu deyə bilmərəm, çünki həmin yarışların içində olmamışam. Mənim iştirak etdiyim müsabiqə çox ədalətli oldu, haqqımda heç bir artıq-əskik söz deyilmədi, mənfi rəy yazılmadı.
Dünya standartlarına gəldikdə, model olmaq üçün zahiri gözəllik vacib sayılmır. Baxış və mimikalarınla ətrafdakılara hiss etdirmlisən ki, modelsən. Boy isə minimum 169 olmalı və çəki və boy bir-birini tamamlamalıdır. Həddən artıq hündür və arıq qızlar model kimi yox, sadəcə zəif görünür. İdmanla məşğul olmalısan ki, güclü və əzələli bədənə sahib olasan. Güclü addımlarınla şux yerişi göstərə bilməlisən. Modellik standartlarına uyğun gəlirəm, boyum 175, çəkim 59-dur. Bir qədər arıqlamağı düşünürəm, yaş artdıqca həzm prosesi yavaşlayır və insan kökəlməyə meylli olur. Sağlam qidalanıram, ağır yeməklər nadir hallarda yeyirəm, eyni zamanda idmanla çox məşğul oluram.
- Gözəlliyiniz sizin üçün nə zaman problemə çevrilir?
- Axşam vaxtları şəhərdə tək yeriyə bilmirəm. Hündür ayaqqabıda asta-asta yeriyəndə tanımadığım insanlar yaxınlaşmaq istəyirlər, amma loru dildə desək, yaxşı niyyətlə yox. Əlbəttə ki, bu da məni qorxudur, onda ayaqqablarımı əlimə alıb qaçmağım gəlir...
- Həyat yoldaşınız model karyeranızı dəstəkləyir.
- Anlayış göstərir, lakin instaqramda yazanlar çox olur, çəkilişlərə dəvət edirlər, bu da yoldaşımda qısqanclıq hisslərini qıcıqlandıra bilir. Tez-tez çəkilişlərdə olmağım onu narahat edir. Ona görə seçməyə çalışıram, yalnız məsuliyyətli və peşəkar insanlarla işləyirəm.
- Gələcək planlarınız və arzularınızı eşidək.
- Xarici model agentlikləri ilə çalışmaq istəyirəm, eyni zamanda qrafik veb-dizayner kimi çalışmağı da planlaşdırıram. Ən böyük arzularımdan biri də İspaniyada yaşamaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Ülviyyə Əliyevaya ağır itki
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü - (Video)
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"





