Şou-biznes

Kamila biznesmenlə görüntüləndi - FOTO

18 İyun 2022 11:22
0 Şərh     Baxış: 1 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli amerikalı müğənni Kamila Kabelo biznesmen Ostin Kevişlə görüntülənib.

Milli.Az olay-a istinadən xəbər verir ki,  Los-Ancelesdə kameralara tuş gələn məşhurların səmimi halları gözdən yayınmayıb.

İki il müğənni Şon Mendeslə sevgi münasibətindən sonra ötən aylarda ondan ayrılan Kamilanın Ostinlə münasibətdə olduğu iddia edilib.

Qeyd edək ki, 30 yaşlı Ostin Keviş "Gülməli dərəcədə yüksək standartlara malik yəhudilər və qeyri-yəhudilər" üçün nəzərdə tutulmuş şəxsi tanışlıq aplikasiyası olan "Lox Club"ın yaradıcısıdır.

O, sosial mediada pandemiya zamanı ayrılıq təcrübəsindən sonra proqramı necə işə salması və subay olması barədə məlumatlar verib.

Ostin həmçinin Kamila ilə eyni filmdə oynamış Nikolas Qalitzinlə yaxın dostdur. Ostini bəzi paylaşımlarında onunla birlikdə görə bilərsiniz..

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.