Şou-biznes

Pikenin daha bir xəyanəti ifşa olundu - FOTOlar

17 İyun 2022 10:37
2 Şərh     Baxış: 2 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl dünya şöhrətli müğənni Şakiranın xəyanətə görə ayrıldığı futbolçu sevgilisi Jerar Pike ifşa olunub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  brazilyalı model Suzi Kortez bir müddət əvvəl "Barselona"nın müdafiəçisi Pikenin instaqramda ona yazdığını etiraf edib:

"İndiyədək Şakiraya hörmət etdiyim üçün susdum, amma artıq danışmaq istəyirəm. Şakira bu yaşanan hadisələrə layiq deyil. Braziliyada olduğum zaman mənə Avropaya nə vaxt qayıdacağımla bağlı ismarıclar yazırdı. Göndərdiyi mesajları hər gün silirdi. Messinin formasını geyindiyim çılpaq şəklimi qısqandığını deyirdi. Tez-tez ombamla maraqlanırdı və gerçək olub-olmadığını soruşurdu. Pike qadınları xoşbəxt etməyi yaxşı bilir. Mənə çiçəklər göndərirdi, telefon aldı. Saçlarımı sarı və qıvrım etməyimi istədi, amma etmədim".

Qeyd edək ki, Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.