Şou-biznes

47 yaşlı aktyor göldə boğularaq öldü

16 İyun 2022 11:27
1 Şərh     Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Quldur Peterburq" və "Ölümcül qüvvə" filmlərinin aktyoru Əl Ualidi Camal göldə boğularaq dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mərakeş əsilli aktyor Sankt-Peterburqda istirahət mərkəzində Lembolovski gölündə boğularaq həyatını itirib.

Camalla iyunun 11-dən əlaqə saxlamaq mümkün olmayıb. Ayın 14-də isə istirahət mərkəzinin inzibatçısı polislə əlaqə saxlayıb və suda kişi siluetini gördüyünü bildirib. Aktyorun cəsədi ölümün dəqiq səbəbini müəyyən edə bilmək üçün tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, Camal 47 yaşında vəfat edib. O, "Xüsusi qüvvələr", "Milli Təhlükəsizlik Agenti-4" və "Qara qarğa" kimi ekran işlərində rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.