Şou-biznes

Röyadan 20 min verib ad günümə gətirərəm deyən Şəbnəm Tovuzluya cavab - VİDEO

16 İyun 2022 14:00
13 Şərh     Baxış: 7 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Həmin Zaur" verilişinin növbəti qonağı Xalq artisti Röya Ayxan olub.

Milli.Az xəbər verir ki, Xalq artisti onu məclisinə 20 min verib çağırmaq istəyən Şəbnəm Tovuzluya səslənib:

"Bəzi məclislər olub ki, 20 mini iki dəfəyə vurun mən ora getməmişəm, amma bəzi məclislər də var ki, pulsuz getmişəm. Əgər o xanım sənət aləmində varsa və mən onu tanıyıramsa, təbrik etmək üçün pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanaların arzuları yerinə yetirəsən. Bəzi məclislərdə sənət dostlarım mənə pul da veriblər, brilliant üzüyümü də taxıblar. Ona görə deyirəm ki, hər şeyi nə pula bağlayaq, nə də başqa məsələlərə. Ola bilər gələrəm, ola bilər gəlmərəm. Baxır mənim kefimə. Pulsuz yerə söz vermişəmsə gedərəm, nəinki, pul aldığım yerə".

Qeyd edək ki, "Həmin Zaur" verilişinin ötən buraxılışda müğənni Şəbnəm Tovuzlunun "İstəsəm Röya Ayxana 20 min verib doğum günümə çağıraram" açıqlamasını vermişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.