Şou-biznes

Məşhur aktrisa ikiüzlülükdə günahlandırıldı

16 İyun 2022 09:52
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı məşhur aktrisa Cennifer Eniston həmkarı Sebastian Stan ilə söhbətindən sonra ikiüzlülükdə ittiham edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, bir çox müasir ulduzlar istedadları və əməyi sayəsində deyil, internet sayəsində uğur qazanıblar.

"İndi daha çox axın xidmətləri var - siz "TikTok"dan tanınırsınız, "YouTube"dan tanınırsınız, "Instagram"dan tanınırsınız. Bu, aktyorun işini zəiflədir", - deyə Eniston şikayətlənib.

Aktrisa bir çox həmkarlarının yalnız internet sayəsində karyeralarında uğur qazanmasından da təəssüflənib. Onun fikrincə, bəzi həmkarları heç bir səy göstərməyiblər. Sosial şəbəkə iştirakçıları Enistonu bu mövqeyə görə tənqid edərək, onun özünün məşhur sənətçilər ailəsində böyüdüyünü xatırladıblar ki, hansı ki, onun şöhrət yolunu müəyyən qədər asanlaşdırıb. Digər şərhçilər aktrisanın ən böyük populyarlığı Hollivud ulduzu Bred Pittlə evləndikdən sonra qazandığını qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.