Şou-biznes

Toydan əvvəl 60 milyonluq sərvətini qorumaq üçün bunu etdi

14 İyun 2022 19:52
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən həftə məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin baş tutan toyunun təfərrüatları məlum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ifaçının xeyrinə nikah öncəsi müqavilə bağlayıb. Bildirilib ki, müqaviləyə əsasən Sem Britninin onunla evlənməzdən əvvəl qazandığı pulu tələb etməyəcək.

Yeri gəlmişkən qeyd edək ki, müğənninin sərvəti təxminən 60 milyon dollar qiymətləndirilir.

Toydan sonra Britni və Sem Kaliforniya ştatının Calabasas şəhərində 11,5 milyon dollara aldıqları yeni evə köçüblər. Maraqlı məqam isə ondan ibarətdir ki, ifaçının keçmiş həyat yoldaşı Kevin Federlaynın evi də yaxınlıqda yerləşir. O, Britnidən olan iki oğlu ilə burada yaşayır.

Media Britninin oğullarının və qardaşının toyuna niyə gəlmədiyini də öyrənib. "People" insayderlərə istinadən verdiyi məlumata görə, ulduzun övladları Şon Preston və Ceyden Ceyms diqqət cəlb etməmək üçün şənlikdə iştirak etməyiblər və bu, evliliyə qarşı deyillər.

Britninin qardaşı Brayan toya dəvət alsa da mərasimdə iştirak edə bilməyib. Bəlli olub ki, həmin gün onun qızı ibtidai məktəbi bitirib. Bu barədə paylaşım edən Brayan bacısının toyunda iştirak etmədiyinə görə özünü pis hiss etsə də qızı üçün başqa yerdə olmalı olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.