Şou-biznes

Aqil M.Quliyevin etirafı: "Xoşbəxt günlərim həbsdə olub" - VİDEO

12 İyun 2022 02:48
4 Şərh     Baxış: 2 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ən xoşbəxt günlərim həbsdə olub". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri məşhur rejissor Aqil M.Quliyev qonaq olduğu "O kimdir?" verilişində deyib.  

O sənətinə bağlılığından danışıb:  

"Rahatam. Heç nəyə vərdiş etmirəm. Nə insanlara, nə sevgililərə. Sabit asılılığım var. O da ki, peşəmdir".  

Verilişin gedişatında aparıcının "36 gün həbsdə oldunuz. Nə öyrətdi sizə bu günlər?" sözlərinə Quliyev "30 günü tək oldum. Ən xoşbəxt günlərim idi" - deyə, fikirlərini belə davam edib:  

"Tək olanda öz fikirlərimi eşidirdim. Mobil telefonsuz, rabitəsiz. Hamıya da deyirdim ki, yanıma gəlməyin. Mane olursunuz. Kitab oxuyurdum".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.