Şou-biznes

Sabiq nazir gəlinindən mərhum qayınatası ilə bağlı paylaşım - FOTO

10 İyun 2022 12:15
1 Şərh     Baxış: 4 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının keçmiş energetika naziri Natiq Əliyevin ölümündən 5 il ötür.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, mərhum nazirin gəlini müğənni Səfurə Əlizadə bununla bağlı paylaşım edib.

O, qayınatası Natiq Əliyevin fotolarını yayımlayaraq "Allah rəhmət etsin" sözlərini yazıb. Şəkillərdən birində Səfurənin böyük oğlu İsgəndərin babası ilə görüntüsü də yer alıb.

Qeyd edək ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edib. 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq bəy 2013-cü ildən Azərbaycan Respublikasının energetika naziri vəzifəsində çalışıb. Keçmiş nazir 2017-ci il iyunun 8-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Səfurə Əlizadə Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün 3 övladı var. Onlar uzun illərdir Türkiyədə yaşayırlar. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.