Şou-biznes

"Qlyukoza" cəzalandırıldı

9 İyun 2022 14:37
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlyukoza ləqəbilə tanınan Rusiyanın qalmaqallı müğənnisi Natalya Çistyakova ilə həyat yoldaşı Aleksandr Çistyakov məhkəmə tərəfindən cəzalandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1 milyard büdcəli cizgi-filmi kassada uğursuzluğa düçar olduqdan sonra Moskva Arbitraj Məhkəməsi cütlüyün 26 milyon rubl ödəməsini tələb edib.

Belə ki, söhbət əvvəllər "Qlyukoza istehsalı" adlanan və müğənniyə məxsus olan "Sistem-A" kinostudiyasının müflis olan borclarından gedir. Şirkət "Savva. Döyüşçünün ürəyi" cizgi-filmi üzərində işləyirdi. Ekran işinin rejissoru Maksim Fadeyev, prodüseri isə Aleksandr idi. 2015-ci ildə təqdim olunan layihə uğursuz olub.

Bundan sonra 26 milyonluq  borc layihənin üç iştirakçısının üzərinə düşüb: Qlyukoza, baş direktor Sergey Lubinetski və şirkəti idarə edən A.Çistyakovun. Məhkəmə müəyyən edib ki, Çistyakovlar Dövlət Film Fondundan 50 milyon rubl alıb. Məbləğin 47 milyon rublu cizgi-filminin reklam kampaniyası üçün "Novoye Kino"ya ödənilməli olsa da, cəmi 15 milyon rubl hesaba köçürülüb.

Məhkəmə həmçinin müəyyən edib ki, Aleksandr və onun ofşor şirkətinə "şübhəli şəraitdə" 18 milyon rubl, həmçinin daha 95 milyon rubl köçürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.