Şou-biznes

Freddi Merkurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq - FOTO

8 İyun 2022 16:22
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Queen" qrupunun mərhum əfsanəvi solisti Freddi Merkurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun üzvləri Brayan Mey və Rocer Teylor xəbər veriblər.

Onların sözlərinə görə, mahnı "Face It Alone" adlanır.

Bəstə qrupun 1989-cu ildə buraxılmış 13-cü studiya albomu "The Miracle" üçün sessiyalardan götürülüb. Bundan iki il sonra Merkuri vəfat edib.

Qrup üzvləri mahnının sentyabrda işıq üzü görəcəyini bildiriblər.

"Biz dəfələrlə bu mahnıya baxdıq və düşündük ki, yox, biz onu xilas edə bilmərik. Amma əslində yenidən cəhd etdik. Bu parçaları bir-birinə tikmək kimidir... Amma gözəldir. Bu, təsirlidir", - deyə Mey bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.