Şou-biznes

"Azad edilən torpaqlarımız mənim üçün Məkkə, Mədinə oldu" - Nəzakət Teymurova

5 İyun 2022 18:13
2 Şərh     Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şuşaya gedəndə də belə olmuşdu. İki dəfə o hissləri yaşamışam, Məkkədə və Şuşada. Müqəddəslik mənasında insan harada olduğunu başa düşmür. Şuşada Yuxarı Gövhər Ağa məscidinin qarşısında düşdüm. Kənarda çinar ağacı var idi, dizlərimi yerə qoyub, ağladım".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Söhbət musiqidən gedir" verilişində deyib. Sənətçi azad olunan torpaqlarımıza ziyarəti zamanı yaşadığı hisslərdən danışıb:

"30 illik həsrətdən sonra dedim, Allahım, gör biz haradayıq! Sanki oradan enerji alırsan, bilmirəm bu nədir. Nə hissdirsə, o anda verilir. Məkkədə də eynən belə olmuşdum. Allahın evinə girmək üçün qapını açırlar, haranı ziyarət etdiyini sonradan dərk edirsən. Mənim üçün işğaldan azad olunan torpaqlarımız da elə oldu. Məkkə, Mədinə öz torpaqlarım oldu. Sanki oranı ziyarət etdim".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.